Noy 05, 2015 12:28 Asia/Baku
  • Ərdoğan Türkiyə konstitusiyasının dərhal dəyişilməsini istəyir
    Ərdoğan Türkiyə konstitusiyasının dərhal dəyişilməsini istəyir

Türkiyə prezidenti bu ölkə partiyalarından seçkilərdən sonrakı ilk iclasda yeni konstitusiyanı tənzimləmələrini istəyib.

Səhər Beynəlxalq Televiziyasının Yeni Asiya xəbər portalına istinadla verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, illərdir Türkiyə konstitusiyasının dəyişilməsinə çalışır və bu məsələnin gerçəkləşməsinə mane olanlar onun bədəlini ödəyirlər.
Ərdoğan deyib: Əgər müxalif partiyalar bu istiqamətdə hərəkət etsələr, o da prezident olaraq öz payında kömək edəcək.
Ərdoğan bildirib: Əgər konstitusiyanın dəyişilməsi parlamentdə mümkün olmazsa, referendumun keçirilməsi yolunu izləyəcək.
Türkiyədə keçirilən son parlament seçkilərinin nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf partiyası bu ölkənin ən böyük partiyası olaraq hökumət təşkil edəcək. Lakin konstitusiyanın dəyişilməsi və prezident üsul idarəsinə keçid üzrə Ərdoğan röyasını gerçəkləşdirməkdə acizdir.
Nəticələrə əsasən AKP 317, CHP 134, HDP 59, MHP 40 deputatla Türkiyə parlamentində iştirak edəcək.
Türkiyənin siyasi sistemində bu rəqəmlər o deməkdir ki, hakim partiya digər partiyalarla koalisiyaya ehtiyac duymadan müstəqil şəkildə hökumət təşkil etmək üçün yetərli yəni yarıdan çox parlament mandatını əldə edib.
Hakim AKP referendumun keçirilməsi üçün 13 müxalif deputatın səsini qazanmağa ehtiyaclıdır.

Teqlər