Dəməşqin Hərəsta şose yolunun şimal yüksəklikləri azad edildi
Noy 05, 2015 18:46 Asia/Baku
-
Dəməşqin Hərəsta şose yolunun şimal yüksəklikləri azad edildi
Suriyanın paytaxtı Dəməşq şəhəri ilə Hələb şəhəri arasındakı əsas əlaqə yolu sayılan "Əsərya-Xənasir" yolu bu gün müqavimət qüvvələri, Suriya ordusu və xalq döyüşçülərinin səyləri nəticəsində azad edilib.
İRİB-nin məlumatına görə, böyük əhəmiyyət kəsb edən bu əlaqə yolu terrorçuların əlində qalsa idi, Hələb sakinləri ciddi problemlər ilə o cümlədən gündəlik tələbat malları çatışmazlığı ilə üzləşmiş olacaqdılar.Suriya ordusu həmçinin, Hələb vilayətində, bu şose yolu üzərində yerləşən strateji əhəmiyyətli əl-Mərağ yüksəkliyinə nəzarəti də təmin edib.
İŞİD yaraqlıları bu təpədən Suriya ordusunun məntəqədəki qərargahlarına hücum etmək üçün istifadə edirdilər.
Suriya ordusu bu yolun kənarında onlarla bomba aşkar edərək, zərərsizləşdiriblər.
Suriya ordusu Hələb vilayətinin cənub məntəqələrində də bir sıra irəliləyişlərə malik olub.
Hazırda bu məntəqədə Suriya ordusu ilə Əhrarül-Şam və Ənnüsrə Cəbhəsi terror qruplaşmaları arasında toqquşmalar davam edir.
Suriya ordusu bu məntəqədə onlarla kəndi azad edərək, Hələbin cənubunda terrorçuların mühasirəsinə yaxınlaşıb.
Onlarla terrorçu bu məntəqədə məhv edilib, onlara məxsus avtomobillər sıradan çıxardılıb.
Suriya ordusu ilə Ceyşül İslam adlı terror qruplaşması arasında gedən döyüşlərdə də onlarla terrorçu məhv edilib.
Bu döyüşlər Hərəsta şose yolunun şimalında yerləşən yüksəkliklərin hamısının azad edilməsi ilə nəticələnib.
Hazırda Hərəsta yolunun təhlükəsizliyi Duma şəhərinə kimi təmin edilib və təhlükəsizliyin tam təmin edilməsi və bu şose yolunun terrorçulardan təmizlənməsi əməliyyatı davam edir.