Maliki: Amerika İŞİD-ə hücumda ciddi deyil
Noy 06, 2015 17:02 Asia/Baku
-
Maliki: Amerika İŞİD-ə hücumda ciddi deyil
İraqın qanuni dövləti koalisiyasının sədri vurğulayıb ki, Amerika İŞİD-ə hücumda ciddi deyil.
İraqın qanuni dövləti koalisiyasının sədri Nuri Maliki cümə axşamı günü "Russia Əlyəum" ilə müsahibədə deyib: Hərçənd Amerika terrorçu İŞİD qrupunun hərəkətlərindən xəbərdardır, amma bu qrupa qarşı hücumda ciddi deyil və İŞİD terrorçularının mövqelərini bombalamır.Maliki əlavə edib: Amerikanın İŞİD-ə hücumda ciddi olmamasına rəğmən, Rusiya Suriya və İraqda fəaliyyət göstərən terror qruplarına qarşı hücumda əzmkardır və bu üzdən, Bağdad dövlətindən istəyirik ki, Moskvadan İraqda İŞİD-ə hücum etmək üçün meydana girməsini istəsin.
Maliki həmçinin bu ökəni İŞİD-in əlindən xilas etməsinə görə, xalq könüllü qüvvələrinə təşəkkür edərək, deyib ki, dünyanın bəzi böyük ölkələri İraqı bölmək niyyətindədirlər.