Fələstinlilər 1948-ci ildə işğal olunmuş məntəqələrdə aksiya keçirməyə çağırılıblar
Noy 11, 2015 14:03 Asia/Baku
-
Fələstinlilər 1948-ci ildə işğal olunmuş məntəqələrdə aksiya keçirməyə çağırılıblar
1948-ci ildə işğal olunmuş məntəqələrdə yaşayan fələstinlilər sionist rejimin bu məntəqələrdəki bir kəndin dağıdılması qərarına etiraz olaraq, aksiya keçirəcəklər.
Fələstin-48-in məlumatına görə, Fələstin Ali Nəzarət Komitəsinin başçıları dünən gecə 1948-ci ildə işğal olunmuş məntəqələrdə keçirilmiş iclasda qeyd olunan məntəqələrdə yaşayan fələstinliləri sionist rejimin Əlcəlil məntəqəsindəki Rəmiyyə kəndinin boşaldılması üzrə planına etiraz olaraq, cümə günü bu məntəqələrdə aksiya keçirməyə çağırlıblar.Həmçinin bu plana etiraz olaraq, cümə axşamı günü işğal olunmuş Fələstin məntəqələrinin ərəb məsul şəxsləri, knessetin ərəb üzvləri və Rəmiyyə sakinlərinin iştirakı ilə bu sahədə həll yoluna çatmaq hədfəi ilə iclas keçirilməlidir.
Sionist rejim başçıları qeyd olunan kəndi tam şəkildə dağıtmaq və kənd sakinlərini didərgin salmaqla yeni yəhudi sakinli məhəllə inşa etmək niyyətindədirlər.