Noy 12, 2015 14:53 Asia/Baku
  • 13 milyard dollardan çox pul naməlum şəkildə Türkiyəyə daxil olub
    13 milyard dollardan çox pul naməlum şəkildə Türkiyəyə daxil olub

Türkiyə mediaları 2015-ci ilin əvvəlindən bu ölkəyə naməlum istiqamətdən 13 milyard dollardan çox pulun daxil olduğunu bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının Zaman qəzetinə istinadla verdiyi məlumata görə, Türkiyənin Mərkəzi Bankı bir statistika dərc edərək bildirib: 2015-ci ilin ilk 9 ayında 13 milyard 443 milyon dollar pul naməlum istiqamətdən bu ölkəyə daxil olub.
Bu məlumata əsasən, bu rəqəm ötən ilin oxşar dövrü ilə müqayisədə 52% artımın olduğunu göstərir.
Türkiyənin Mərkəzi Bankı həmçinin əlavə edib: İlin ilk 9 ayında xarici vətəndaşlar Türkiyədə 6 milyard dollar dəyərində qiymətli kağızlar satmışlar.

Teqlər