Noy 13, 2015 19:31 Asia/Baku
  • Barzani: Səncarın təmizlənməsi Mosulun azad olunmasının başlanğıcıdır
    Barzani: Səncarın təmizlənməsi Mosulun azad olunmasının başlanğıcıdır

İraqın Kürdüstan məntəqəsinin rəhbəri kürd peşmərgə qüvvələrinin Neynəva vilayətində Səncar şəhərinin İŞİD işğalından geri alınması əməliyyatında qələbə çalmasına toxunaraq bildirib: Bu qələbə Mosulun azad olunması yolunu açacaqdır.

Səhər Beynəlxalq Televiziyasının Sky Nyuzun ərəbcə xidmətinə istinadla verdiyi məlumata görə, Məsud Barzani Səncar şəhərinin azad olunmasının xarici qüvvənin iştirakı olmadan yalnız kürd peşmərə qüvvələrinin səyi ilə gerçəkləşdiyini qeyd edərək deyib: İraqın Kürdüstan məntəqəsi mərkəzi hökumətlə koordinasiya etməklə Səncar şəhərini vilayətə çevirməlidir.
İraqın Kürdüstan məntəqəsinin rəhbəri həmçinin iyzədiləri təbrik edərək əlavə edib: Səncarda qələbə İŞİD-in bu məntəqədə iyzədilərə qarşı cinayətlərinin intiqamıdır.
Mosulun şimal-qərbində yerləşən Səncar şəhərinin azad olunması əməliyyatı ötən gecə İraqın Kürdüstan məntəqəsinin rəhbəri Məsud Barzaninin nəzarəti ilə başlanıb və cümə günü Səncar şəhəri tamamilə kürdlərin nəzarətinə keçib.
İŞİD terror qruplaşmasının ünsürləri 2014-cü ilin avqust ayında Səncar şəhərini işğal etdilər. Bunun ardınca 400 mindən çox iyzədi öz evlərini tərk etməyə məcbur oldu.

Teqlər