5000-dən çox Mosul sakini itkin düşüb
Noy 16, 2015 14:35 Asia/Baku
İraqın yerli rəsmiləri 5000-dən çox Mosul sakininin itkin düşməsindən xəbər veriblər.
Rusiyanın Sputnik informasiya agentliyi İraqın yerli rəsmilərinə istinadla bildirir ki, Neynəva vilayətinin İŞİD terror qruplaşması tərəfindən işğal edilməsindən bəri 5000-dən çox şəhər sakini itkin düşüb.İraq rəsmilərinin dediklərinə görə, İŞİD Mosulun işğal edilməsindən sonra bu 5000 nəfəri İŞİD sıralarına qoşulmağa və İraq ordusu və təlükəsizlik qüvvələri ilə savaşmağa məcbur edib. Və indiyə kimi təhlükəsizlik qüvvələrinə qarşı döyüşlərdə həlak olan 3000-dən çox Mosul sakininin adını elan edib. Yerdə qalan 2000 nəfərin taleyi isə hələ də naməlum olaraq qalmaqdadır. Onların yə İŞİD-in əsiri olduğu, ya da İŞİD-ın sıralarına qoşulduğu ehtimal edilir.
İraq rəsmilərinin dediklərinə görə, bu 2000 iraqlı gənc çox güman ki, ölkənin şimal və qərb məntəqələrində və ya Suriyada həlak olublar. Amma, onların cəsədləri indiyə kimi ailələrinə təhvil verilməyib.