Noy 19, 2015 18:23 Asia/Baku
  • Həbs olunmuş mərakeşlilər Türkiyədən çıxarılıb
    Həbs olunmuş mərakeşlilər Türkiyədən çıxarılıb

Türkiyə hökumətinin rəsmisi Atatürk hava limanında həbs olunan mərakeşlilərin bu ölkədən çıxarıldığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, adının açıqlanmasını istəməyən Türkiyə hökumətinin rəsmisi cümə axşamı günü bildirib: Çərşənbə günü İstanbulun Atatürk aeroportunda həbs olunan bu 8 nəfər Mərakeş vətəndaşları olublar.
Onun sözlərinə görə, həbs olunanların təxminən yarısı ölkədən çıxarılıb.
Halbuki qalanların İŞİD terror qruplaşması üzvləri olduğu ehtimal edildiyinə görə, təcridxanaya göndəriliblər.
Bu 8 nəfər polisə turist olduqlarını və bir neçə gün İstanbulda qalmaq istədiklərini bildirib. Halbuki polisin araşdırması nəticəsində İŞİD üzvləri olduğu bəlli olub.
Suruç, sonra isə Ankarada baş verən terror aktları Türkiyədə terrorizmə qarşı əməliyyatın güclənməsinə səbəb olub.
Bununla belə Türkiyə hökumətinin müxalifləri terrorçulara qarşı əməliyyat hökumət tənqidçiləri və mediaların repressiya edilməsi üçün bəhanəyə çevrilməsindən nigarandırlar.

Teqlər