İŞİD sionist rejimlə əlbir olub
Noy 19, 2015 19:41 Asia/Baku
-
İŞİD sionist rejimlə əlbir olub
Misirin əl-Əhram qəzeti yazıb: İŞİD terror qruplaşması öz hərəkətləri ilə praktiki olaraq sionist rejimi dəstəkləyir.
Səyər Beynəlxalq Televiziyasının məlumatına görə, Misirin əl-Əhram qəzeti bu gün yazıb: Sionist rejim başçılarının son açıqlamaları bu reallığı ifşa edir ki, İŞİD terror qruplaşması gizli xəyali şüarların arxasında gizlənmişdir. Belə ki, region ölkələrini viran etmək üçün xarici planları icra etsin və islam dini ilə heç bir əlaqəsi yoxdur.Bir neçə gün öncə sionist rejim mediaları bu rejimin müharibə naziri Moşe Yaalona istinadla bildiriblər ki, o İsrail qəsəbə sakinlərinə arxayınlıq verib ki, Parisdə baş verən hadisələr İsraildə baş verməyəcək. Çünki İŞİD terror qruplaşması üzvlərinin İsraillə mübarizəyə etiqadları yoxdur.
Siyasi məsələlər üzrə ekspertlər bu qənaətdədirlər ki, İŞİD terror qruplaşması region ölkələrinin parçalanması və de-stabilliyi məqsədilə amerikalı və israillilər tərəfindən yaradılııb. Belə ki, regionda təhlükəsizliyin olmaması sionist rejimin xeyrinə başa çatsın.