Noy 20, 2015 13:08 Asia/Baku
  • Terrorçuların Suriyanın bir hərbi hava limanına hücumu uğursuz alındı
    Terrorçuların Suriyanın bir hərbi hava limanına hücumu uğursuz alındı

Suriya ordusu terrorçuların Deyrəzzur hərbi hava limanına hücumunu önləyib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Suriya ordusu terrorçuların Deyrəzzur hərbi hava limanına hücumunu zərərsizləşdirərək, 30 terrorçunu öldürüblər.
Rusiya və Suriya qırıcıları da eyni zamanda Deyrəzzur hərbi hava limanının ətrafında terrorçuların mövqelərinə havadan zərbələr endiriblər. Bu da Quru Qoşunların İŞİD-in Deyrəzzur hava limanı yaxınlığındakı mövqelərindən birini ələ keçirməsinə imkan vermiş olub.
Deyrəzzur hərbi hava limanı Suriya ordusunun ölkənin şərqindəki ən güclü bazası sayılır və strateji mövqeyə malikdir. Bu hava limanı Suriya hərbçilərinin ölkənin şərqinə köçürülməsi əməliyyatını xeyli asanlaşdırır. Həmçinin, Deyrəzzur şəhərinin 500 000-dən çox sakini üçün yardımların göndərilməsi açısından önəmlidir.
Digər tərəfdən Suriya ordusu Rusiya qırıcılarının dəstəyi ilə Latakiyada strateji əhəmiyyətli yüksəkliklərə və önəmli mövqelərə nəzarəti təmin etməyi bacarıb. Suriya ordusu Latakiyanın şimal hissəsində terrorçulara qarşı irəliləyişlərini davam etdirir.

Teqlər