Sionist rejim İŞİD neftinin satışı üzrə vasitədir
Noy 22, 2015 18:06 Asia/Baku
-
Sionist rejim İŞİD neftinin satışı üzrə vasitədir
Sionist rejim İŞİD terror qrupunun neft yüklərini satın alaraq, onu təmizlədikdən sonra satışa buraxır.
İraqın Ələrəbi Əlcədid xəbər portalının İraq və Suriyadakı neft qaçağı bandaları, mafiya şəbəkələri və muzdurlarına istinadlı məlumatına görə, İŞİD terror qrupu bu ölkələrin neftini Türkiyə və İraq Kürdüstanı məntəqəsi yolu ilə İsrail rejiminə satır və bu rejim də satın aldığı nefti təmizlədikdən sonra başqalarına satır.Bu məlumata görə, sionist rejim gecə ilə İŞİD-in neft yüklərini Türkiyə ərazisindən və İraq Kürdüstanından işğal olunmuş Fələstindəki Əşdud limanına köçürür və bir dəfə təmizləndikdən sonra hər barreldə 30-35 dollara satır.
İŞİD tərəfindən İraq və Suriyanın neft quyularından çıxarılan neftin həcmi gündə otuz min barrel hesablanıb və hər gün 70-100 tanker bu yükləri neft qaçağı üzrə mafiyaların köməyi ilə işğal olunmuş Fələstinə köçürür.
İraq və Suriyanın neft quyularından çıxarılan neft İŞİD terror qrupunun xərclərinin təmini üzrə ən mühüm mənbədir, belə ki, bu qrup hər ay bu yolla milyonlarla dollar gəlir əldə edir.