Noy 22, 2015 19:05 Asia/Baku
  • Türkiyə parlamentinin üzvü Ankaranın Dəməşq qarşısındakı siyasətlərinin dəyişməsi vacibliyini vurğulayıb
    Türkiyə parlamentinin üzvü Ankaranın Dəməşq qarşısındakı siyasətlərinin dəyişməsi vacibliyini vurğulayıb

Türkiyə parlamentinin üzvü bu ölkə hökumətinin Suriya olayları qarşısındakı siyasətlərinin dəyişməsi vacibliyini vurğulayıb.

Zaman qəzetinin xəbər portalının məlumatına görə, Cumhuriyyət Xalq Partiyasının Türkiyə parlamentindəki nümayəndəsi Öztürk Yılmaz deyib ki, Ankara Suriya hadisələri istiqamətində dolaşıqlığa düşüb və Suriyanın gələcəyinin təyini üzrə müzakirələr masasında bir yerə malik olmayacaq.
Yılmaz habelə Türkiyənin Suriya hadisələri qarşısındakı səhvlərinə toxunaraq, deyib: Əgər Ankara başçıları bu hadisələrə əsasən, Dəməşq qarşısındakı öncəki siyasətlərini dəyişməzlərsə, ziyan çəkəcəklər.
Qeyd edək ki, Türkiyə Ərəbistan və Qətər daxil olmaqla regiondakı bəzi ərəb ölkələri ilə yanaşı, ötən bir neçə ildə Suriyada terror qruplarını dəstəkləyərək, bu ölkədə əmin-amansızlıqların artmasına və müharibə alovunun daha da şölələnməsinə bais olubdur.

Teqlər