Fabiusun etirafı: İŞİD ilə savaşda Suriya ordusundan kömək almaq lazımdır
Noy 27, 2015 14:56 Asia/Baku
-
Fabiusun etirafı: İŞİD ilə savaşda Suriya ordusundan kömək almaq lazımdır
Fransa xarici işlər naziri ilk dəfə olaraq etiraf edib ki, Suriya ordusu İŞİD ilə mübarizədə iştiraka dəvət edilə bilər.
İRİB-nin məlumatına görə, Fransa xarici işlər naziri Loran Fabius RTL radiosu ilə müsahibədə deyib: İŞİD ilə mübarizə aparmaq üçün iki növ tədbirlər mövcuddur. Biri bombardman ikincisi isə quru qoşunları. Əlbəttə, bu quru qoşunları bizim ola bilməz. Bu qüvvələr Azad Suriya Ordusu, sünni ərəblər və hətta Suriya dövlətinin qüvvələri ola bilər.İki həftə öncə Fransanın paytaxtı Parisdə həyata keçirilən terror aktlarında 132 nəfərin ölməsinin ardınca Fransa dövlətinin İŞİD ilə mübarizə barədəki baxışları dəyişib.
Bundan öncə fransızlar ABŞ-ın başçılıq etdiyi koalisiyalarda formal iştiraka malik idi. Suriya və İraqda İŞİD-ə qarşı mübarizə görüntüsü yaradan bu koalisiyanın tərkibində Fransa sadəcə bir neçə qırıcı təyyarə ilə məhdud hücumlar həyata keçirirdi. Buna görə də tənqidçilər Fransanın bu hərəkətini "simvolik" adlandırırdılar.
İŞİD terror qruplaşması bəzi Qərb ölkələri və onların regional müttəfiqləri o cümlədən Ali-Səud rejimi tərəfindən hərbi və maliyyə dəstəyinə malikdir. Bu terror qruplaşması indiyə kimi İraq və Suriya xalqlarına böyük maddi və insani zərər və ziyanlar vurub. Bu qruplaşma son zamanlar öz terror fəaliyyətlərini dünyanın digər ölkələrinə də genişləndirib.