Suriyaya silah göndərilməsi barədə Ərdoğanın yeni iddiası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200192-suriyaya_silah_göndərilməsi_barədə_Ərdoğanın_yeni_iddiası
Türkiyə prezidenti saxlanılan yük maşınlarının Azad Suriya Ordusuna yardım daşıdığını iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2015 10:21 Asia/Baku
  • Suriyaya silah göndərilməsi barədə Ərdoğanın yeni iddiası
    Suriyaya silah göndərilməsi barədə Ərdoğanın yeni iddiası

Türkiyə prezidenti saxlanılan yük maşınlarının Azad Suriya Ordusuna yardım daşıdığını iddia edib.

Zaman qəzeti bu barədə yazır: Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan daha öncə səsləndirilən fikirlərin əksinə olaraq, saxlanılan yük maşınlarının Azad Suriya Ordusu üçün humanitar yardımlar apardığını iddia edib.
Türkiyə hökuməti daha öncə bu yük maşınlarının Suriya türkmənlərinə humanitar yardım apardığını iddia etmişdi.
İndiyə kimi bir neçə nəfər o cümlədən 3 yüksək rütbəli polis zabiti və 2 jurnalist Türkiyə Milli İstihbarat Təşkilatına(MİT) aid yük maşınlarının saxlanılmasına və Suriyaya silah göndərilməsi işinin ifşa edilməsinə görə həbs edilib.
2014-cü ilin yanvarında Türkiyə polisi prokurorluğun göstərişi əsasında Hatay və Adanada Suriyaya qanunsuz şəkildə silah daşıyan 3 yük maşınını saxlamışdı.
MİT bu yük maşınlarının bu təşkilata aid olduğunu bildirmişdi.