Sionist rejim İŞİD-i maliyyə cəhətdən dəstəkləyir
Dek 03, 2015 13:24 Asia/Baku
-
Sionist rejim İŞİD-i maliyyə cəhətdən dəstəkləyir
Sionist rejim terrorçu İŞİD qrupundan neft satın alaraq, terrorçuların cinayətlərini maliyyə cəhətdən dəstəkləyir.
Qüds xəbər agentliyinin məlumatına görə, ərəb və rus medialar xəbər veriblər ki, qara qızıl dəllalları terrorçu İŞİD qrupunun nəzarəti altında olan məntəqələrdən çıxarılmış nefti Suriya və İraqdakı məntəqələrə köçürür və oradan da işğal olunmuş Fələstinə göndərirlər.Dəyərləndirmələr göstərir ki, İŞİD öz nəzarəti altında olan məntəqələrdən gündə 20-40 min barrel neft ixrac edir ki, ondan əldə olunan gəlir bir-bir milyon yarım dollara çatır.
İŞİD tərəfindən Suriyanın Diyrəlzur məntəqəsində və İraqdakı iki məntəqədə çıxarılan neft İraq-Türkiyə-Suriya sərhədi yaxınlığındakı üçbucaq formalı məntəqədə yerləşən Zaxo kürd sakinli şəhərinə köçürülərək, sionist dəllallara satılır.
Financional Times qəzeti avqust ayında bildirmişdi ki, sionist rejim öz neft ehtiyatlarının yetmiş beş faizini İraq Kürdüstanından təmin edir.