Ərdoğan: Rusiya və Türkiyə enerji sektoru üzrə əməkdaşlıqları davam etdirirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200464-Ərdoğan_rusiya_və_türkiyə_enerji_sektoru_üzrə_əməkdaşlıqları_davam_etdirirlər
Türkiyə prezidenti Ankara və Moskva arasında yaranan gərginliyin iki ölkənin enerji sahəsindəki əməkdaşlığına təsir buraxmadığını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2015 09:33 Asia/Baku
  • Ərdoğan: Rusiya və Türkiyə enerji sektoru üzrə əməkdaşlıqları davam etdirirlər
    Ərdoğan: Rusiya və Türkiyə enerji sektoru üzrə əməkdaşlıqları davam etdirirlər

Türkiyə prezidenti Ankara və Moskva arasında yaranan gərginliyin iki ölkənin enerji sahəsindəki əməkdaşlığına təsir buraxmadığını deyib.

Zaman qəzeti öz internet səhifəsində yazır: Rəcəb Təyyib Ərdoğan şənbə günü Türkiyəli iş adamları qarşısında etdiyi çıxışı zamanı deyib: Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin Rusiyadan Türkiyəyə qaz nəqli və ya Türkiyənin "Akkuyu" adlı ilk atom elektrik stansiyasının quraşdırılması üzrə layihələrin icrasına təsir buraxmasına dəlalət edən hansısa fakt yoxdur.
Ərdoğan daha sonra deyib: Rusiya rəsmilərinin açıqlamalarına rəğmən "Türkiş Strim" qaz boru kəməri layihəsinin icrası ilə bağlı danışıqlar Rusiya tərəfindən deyil, Türkiyə tərəfindən dayandırılıb.