İraqın qərbində onlarla terrorçu öldürülüb
Dek 06, 2015 18:44 Asia/Baku
İraqlı qüvvələr bu ölkənin qərbində onlarla terrorçunu öldürüblər.
İraqın qərbindəki Ələnbar vilayətinin əməliyyat komandiri İsmayıl Əlməhlavi bu ölkənin Əlməlumə xəbər agentliyi ilə müsahibədə bildirib ki, iraqlı qüvvələr Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərində İŞİD terror qrupunun qırx üzvünü məhv ediblər.Həmçinin İraqda terrorizmlə mübarizə orqanı bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri Ərrəmadi şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatında daha iki məntəqəni azad ediblər.
Bu əməliyyatda iraqlı qüvvələr azı 23 terrorçunu öldürüblər.
Digər tərəfdən, Səlahəddin vilayətinin əməliyyat komandiri Cümə Həddad iraqlı qüvvələrin İŞİD terror qrupunun bu vilayətdəki sonuncu bazası olan Əlşərqat şəhərini azad etməyə tam hazır olmalarından xəbər verib.
Əlşərqat-ın qubernatoru Əli Dudəh də bu şəhərin azad edilməsinə və Niynəva vilayəti sərhədlərinə nəzarətə hazırlıqlardan xəbər verib.
Səlahəddin vilayətinin şimalında yerləşən Əlşərqat şəhəri ötən ilin iyun ayından İŞİD terror qrupunun işğalı altına keçib. Bu şəhər İŞİD-in Səlahəddin vilayətindəki sonuncu bazasıdır, zira iraqlı qüvvələr Səlahəddin vilayətinin digər məntəqələrini bu terror qrupunun işğalından çıxarıblar.