İŞİD-çi bu qruplaşmanın vəziyyəti barədə açıqlama verib
-
İŞİD-çi bu qruplaşmanın vəziyyəti barədə açıqlama verib
İŞİD terror qruplaşmasının başçılarından biri bu qruplaşmanın 52 min ünsürünün olduğunu bildirib.
Səhər Benəlxalq Televiziyasının məlumatına görə, İŞİD təkfirçi qruplaşmasının maliyyə idarəsinin başçısı bu qruplaşmanın son vəziyyəti barədə deyib: İŞİD-in 52 min üzvü vardır. Onların yarısı iraqlı, 8 mini suriyalı, qalanı isə ərəb və qeyri-ərəb ölkələrinin vətəndaşlarıdır.
İŞİD başçısı Neynəvan vilayətinin mərkəzi Mosulu bu terror qruplaşmasının fəaliyyətlərinin mərkəzi adlandırıb və bildirib: Müxtəlif ölkələrin vətəndaşları olan İŞİD-in 422 üzvü 11 ay öncə Suriyanın Riqqə şəhərində təlim keçib və terror əməliyyatı üçün öz ölkələrinə qayıdıb.
Bu məlumata görə, İŞİD terror qruplaşmasının ünsürlərinin əksəriyyəti İraq, Suriya, Əfqanıstan, Pakistan, Çeçenistan, Sudan və Somali vətəndaşlarıdır.
İŞİD-in maliyyə məsələləri üzrə başçısı İymən əl-Zəvahirinin başçılıq etdiyi əl-Qaidənin 3 başçısının Əbubəkr əl-Bağdadiyə qoşulduğunu, bu qruplaşmanın ən azı min üzvünün həbs və edam olunduğunu, həmçinin ünsürlərdən 156 nəfərin həbs və Dəclədən Suriyaya nəql edildiyinə toxunaraq terror qruplaşmasının daxili ixtilaflarının olduğunu bildirib.
İŞİD terror qruplaşmasının başçısı həmçinin Küveyt xeyriyyə müəssisələrinin maliyyə yardımları, eləcə də Türkiyə və sionist rejimin silah və maliyyə köməklərini etiraf edib.