Dek 16, 2015 20:18 Asia/Baku
  • 
Suriyanın Latakiya şəhərində strateji əhəmiyyətli yüksəklik azad edildi
    Suriyanın Latakiya şəhərində strateji əhəmiyyətli yüksəklik azad edildi

Suriyanın şimal-qərbində, Latakiya şəhərinin şimalında yerləşən strateji əhəmiyyətli "Cəbəlül-Nubə" yüksəkliyi Suriya ordusu və müqavimət qüvvələrinin nəzarəti altına keçirb. Beləliklə terrorçuların əsas bazalarından olan Səlma şəhəri artıq 3 istiqamətdən mühasirəyə alınıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Cəbəlül-Nubə yüksəkliyi Türkiyə sərhədlərinə yaxın ərazidə yerləşir və dünən bu məntəqənin azadlığı istiqamətində ağır döyüşlər həyata keçirilib. Səhər saatlaırna kimi davam edən döyüşlərin sonunda Suriya ordusu və müqavimət qüvvələri bu məntəqəyə nəzarəti təmin etməyi bacarıblar.

Bu yüksəklik Latakiyanın şimalında terrorçuların mövqelərinə çıxış imkanı vermiş olur. Buna görə də son dərəcə önəmli mövqeyə malikdir.

Suriya ordusu, bu gün bu ölkə bayrağını Cəbəlül-Nubə yüksəkliyinin ən yüksək nöqtəsində dalğalandırıb.

Bu əməliyyat Rusiya qırıcıları, İraqın müqavimət qüvvələri və Suriya milli müdafiə qüvvələrinin dəstəyi ilə həyata keçirilib.

Bu qələbə ilə terrorçuların əsas bazalarından sayılan Səlma şəhərinin 3 istiqamətdən mühasirəsi təkmilləşdirilmiş olub.

Dünən də Suriya ordusu və müqavimət qüvvələri Rəvisətül-Dibat məntəqəsini terrorçulardan azad etmişdi.

Teqlər