Dek 17, 2015 09:14 Asia/Baku
  • Ərəbistanda repressiyaya qarşı tənqidlər davam edir
    Ərəbistanda repressiyaya qarşı tənqidlər davam edir

BMT Ali Komissarlığının xüsusi məruzəçisi Ərəbistanda repressiyaların şiddətlənməsi barədə nigaranlıq edib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, BMT Ali Komissarlığının xüsusi məruzəçisi David Kaye Ərəbistanda insan haqları fəallarına qarşı ağır qərarların verilməsindən nigaranlıq edərək Ali-Səud rejimini bu ölkədə repressiyanı dayandırmağa çağırıb.

BMT Ali Komissarlığının xüsusi məruzəçisi Ərəbistanın cəzalar təyin etdiyi 3 bloqqer və insan haqları fəkilinin adını qeyd edərək bildirib: Belə cəzaların diqqəti cəlb edəcək dərəcədə artması Ərəbistanda insan haqlarının pozulması və repressiya barəsində nigaranlıqları artırıb.

David Kaye həmçinin Ərəbistan hökumətini ərəbistanlı fəal Raif əl-Bədavi və Ərəbistanda yaşayan fələstinli şair Əşrəf Fəyyazı azad etməyə çağırıb və deyib: Bir qrup digər hüquq fəalı da yalnız öz fikirlərini bəyan etdikləri üçün Ali-Səud tərəfindən repressiyaya məruz qalıb.

Teqlər