Davudoğlu Türkiyənin İraqın şimalındakı hərbi iştirakına münasibət bildirib
-
Davudoğlu Türkiyənin İraqın şimalındakı hərbi iştirakına münasibət bildirib
Türkiyə baş naziri bildirib: Bu ölkənin İraqın şimalında yerləşən Mosul şəhəri yaxınlığındakı hərbi iştirakı bu ölkənin ərazi bütövlüyünün qoruması üçündür.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əhməd Davudoğlu mətbuat konfransında deyib: İŞİD terror qruplaşmasının Mosul yaxınlığında Bəşiqə hərbi bazasına hücumu bu qruplaşmanın hərbi bazalarını hədəfə alan Türkiyənin önləyici qüvvəsinin iştirakının əhəmiyyətini əks etdirir.
Türkiyə baş naziri bildirib: Türkiyə Silahlı Qüvvələri yeni addımlara ehtiyac duyulduğu halda tam səlahiyyətə malikdir və bugünkü dünyada hərbi ehtiyaclar əsas ünsür hesab olunur.
Digər tərəfdən Türkiyənin inkişaf naziri Cövdət Yılmaz bu qənaətdədir ki, İŞİD-in Bəşiqə bazasına hücumu Türkiyənin İraqın şimalına hərbçi və hərbi təchizat göndərməsi ilə bağlı düzgün qərarını təsdiqləyir.
Türkiyənin Mosul şəhəri yaxınlığında İraq hökumətindən icazə almadan öz hərbçilərini yerləşdirməsi iraqlıların etirazına səbəb olub.
Ankara iddia edib ki, bu addımı ilə İŞİD terrorçuları qarşısında özünü müdafiə edir. Halbuki Türkiyə özü İŞİD terror qruplaşmasının hamilərindəndir.