İraq ərazilərinin terrorçuların işğalından azad edilməsi davam edir
-
İraq ərazilərinin terrorçuların işğalından azad edilməsi davam edir
İraq ordusu Fəllucənin cənubunda önəmli strateji mövqeləri azad edib.
Səhər Beynəlxalq Televiziyasının İraqın Va İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İraqın müharibə məsələləri üzrə informasiya şəbəkəsi bir bəyanatda bildirib: İraq ordusu qüvvələri Fəllucənin cənubunda önəmli və strateji mövqeləri azad edib və çoxlu sayda İŞİD terrorçusunu öldürüblər.
Kərkük və Məxmurun ətrafındakı bölgələrə irmiqyaslı hücumlara cəhd etməyə çalışan onlarla İŞİD terrorçusu da kürd peşmərgə qüvvələri tərəfindən öldürülüb.
Peşmərgə qüvvələri bildiriblər: Bu hücum, ötən 5 ay ərzində Kərkük və Məxmur istiqamətində İŞİD terror qruplaşmasının ən güclü hücumu idi.
İraq ordusu da Əl-Anbar vilayətinin mərkəzi olan Ər-Rəmadi şəhərinin 70%-ni nəzarətə götürüb. Bu şəhər altı ay idi ki, İŞİD-in işğalında idi.