Dek 19, 2015 17:04 Asia/Baku
  • Suriya ordusu Türkiyə sərhədində bir neçə strateji məntəqəyə nəzarəti əldə edib
    Suriya ordusu Türkiyə sərhədində bir neçə strateji məntəqəyə nəzarəti əldə edib

Suriya ordusu qüvvələri Rusiya qırıcılarının dəstəyi ilə Türkiyə sərhədi yaxınlığında İŞİD terror qruplaşmasının bir neçə önəmli bazasını ələ keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, suriyalı qüvvələr həmçinin Türkiyə sərhədi yaxınlığında Ətirə və Cəbəl əl-Əsvəd kəndlərini İŞİD terrorçularından təmizləyiblər.

Bu əməliyyatda çoxlu sayda terrorçu öldürülüb və bir qrupu da Türkiyəyə qaçıb.

Suriya ordusu İŞİD terror qruplaşmasının ünsürlərin və hərbi silah-sursatın daxil olması üçün istifadə etdiyi keçidi də ələ keçirib.

Suriyadan başqa bir məlumata görə, Suriya qüvvələri Laziqiyyənin Cəbəl əl-Əsvəd və Cəbəl əl-Kəbir məntəqəsində terror qruplaşmaları ilə ağır toqquşmadan sonra bu məntəqələri ələ keçiriblər.

Suriya İnsan Haqları Gözətçisi də bildirib: Suriya ordusunun Dəməşqin qərbində Yəfur məntəqəsi yaxınlığındakı yoxlama-keçid məntəqəsində bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində bir neçə ordu qüvvəsi həlak olub və yaralanıb.

Teqlər