Dek 27, 2015 09:53 Asia/Baku
  • Ərdoğanın İŞİD ilə mübarizə üzrə şərti
    Ərdoğanın İŞİD ilə mübarizə üzrə şərti

Türkiyə prezidenti bildirib ki, Suriya prezidenti Bəşşar Əsədin iştirakının mövcud olduğu bir şəraitdə terrorçu İŞİD qrupu ilə mübarizə apara bilməz.

Sputnik xəbər agentliyinin məlumatına görə, Rəcəb Tayyıb Ərdoğan şənbə günü gecə deyib: Suriya, İraq, İran və Rusiya İŞİD terrorçuları ilə mübarizə üçün bir koordinsiya qərargahı yaradıblar və bizdən istəyiblər ki, onlara qoşulaq, amma onlara bildirmişik ki, Bəşşar Əsədin Suriya prezidenti olduğu bir şəraitdə terrorçuluqla mübarizə apara bilmərik.

Ərdoğan habelə bir daha iddia edib ki, İraqda yerləşmiş Türkiyə qüvvələri Bağdadın xahişi və məlumatı ilə bu ölkəyə giriblər və bu qüvvələrin məsuliyyəti, terrorçularla mübarizə aparan iraqlılara təlim keçməkdir.

Ərdoğan İraq dövlətinin Türkiyə qüvvələrinin bu ölkəyə girmələrinə etiraz etməsinə toxunmadan deyib ki, Türkiyə terrorçularla mübarizə məqsədilə İraqa qüvvə göndəribdir.

Türkiyə ordusu dekabrın əvvəllərində İraq dövlətinin icazəsi olmadan özünün yüzlərlə hərbçisini həmin ölkənin Niynəva vilayətinin mərkəzi olan Mosul şəhəri yaxınlığındakı Bəəşiqə bazasında yerləşdiribdir ki, bu hərəkət İraqın rəsmiləri və xalqının geniş etirazı ilə üzləşibdir.

Ərəb Liqası ötən həftə İraq dövlətinin xahişi ilə təşkil olunmuş xüsusi iclasda türk qüvvələrin tez bir zamanda və heç bir qeyd-şərt olmadan İraqdan çıxmalarını istəmişdi.

Teqlər