Əmmar Həkim İslam dünyası alimlərinə müraciət etdi
İraqın Ali İslam Məclisi sədri deyib: İslam Dünyası bu günə qədər misli görünməmiş bir mərhələni təcrübə edir və İslam Dünyası alimləri müsəlmanlar arasındakı ixtilafları həll etmək üçün daha artıq səy göstərməlidirlər.
İRNA-nın məlumatına görə, Seyid Əmmar Həkim Tehranda keçirilən 29-cu beynəlxalq Vəhdət konfransının kənarında deyib: Müsəlmanlar arasında birliyə təkid edən bu beynəlxalq konfransda, mövcud ixtilafların həll yolları araşdırıldı.
O, İran İslam Respublikasının belə bir konfransın keçirilməsi üzrə təşəbbüskarlığını alqışlayıb və deyib: İslam dünyasında mövcud olan problemlərlə bağlı fikir mübadilələrinin aparılması onların həllini asanlaşdırır.
Həkim həmçinin, İŞİD-in işğalı altında olan İraq ərazilərinin böyük bir hissəsinin terrorçulardan təmizlənməsinə işarə edərək deyib: Dünya müsəlmanlarının bu gün İŞİD təhlükəsi barədə ortaq məxrəcə çatmaları və təkfirçilik ilə mübarizəyə təkid etmələri böyük əhəmiyyətə malikdir və İslam alimləri də hazırkı həssas məsələdə bu məsələyə dəstək verməlidirlər.
O, Ərəbistanın İraqın adını bu ölkə ilə məsləhətləşmədən, da anti-terror koalisiyasına daxil etməsini düşündürücü məqam adlandırıb və deyib: Əgər Ərəbistan bu işdə sədaqətlidirsə, terrorizm ilə mübarizədə İraq və Suriyanı himayə etməlidir.