Dek 29, 2015 09:00 Asia/Baku
  • Müqtəda Sədr Bağdadda Ərəbisan səfirliyinin açılmasını tənqid edib
    Müqtəda Sədr Bağdadda Ərəbisan səfirliyinin açılmasını tənqid edib

İraqın Sədr Cərəyanının rəhbəri Bəhreyn və Yəmən xalqlarının əzab-əziyyətlərinin davam etməsi ilə bir vaxtda Bağdadda Səudiyyə Ərəbisanı səfirliyinin yenidən açılmasını humanist prinsiplərə zidd adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Məslə xəbər portalına istinadla verdiyi məlumata görə, İraqın Sədr Cərəyanının rəhbəri Muqtəda Sədr bazar ertəsi günü müştərək mənafeyin təmin olunması çərçivəsində İraq və Ərəbistanın əməkdaşlığını vurğulayıb və deyib: Bu əməkdaşlığın başlanğıcı Yəmən və Bəhreyndə problemlərin həllidir.

Ərəbistan İraqla diplomatik əlaqələri 25 ildən sonra öz səfirliyinin yenidən fəaliyyətə başlaması ilə bərpa edib.

Səudiyyə Ərəbistanı və İraqın diplomatik əlaqələri İraqın Küveytə hücumundan sonra kəsilmişdi.

Bu arada qeyd edək ki, İraq rəsmiləri dəfələrlə Ər-Riyadı İŞİD terror qruplaşması ilə əlbir olmaqda suçlayırlar.

Teqlər