İŞİD Suriya restoranlarında bomba qoyulmasında məsuliyyət daşıyır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202268-İŞİd_suriya_restoranlarında_bomba_qoyulmasında_məsuliyyət_daşıyır
Terrorçu İŞİD qrupu Suriyanın şimal-şərqində bomba qoyulmasının məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2015 14:59 Asia/Baku
  • İŞİD Suriya restoranlarında bomba qoyulmasında məsuliyyət daşıyır
    İŞİD Suriya restoranlarında bomba qoyulmasında məsuliyyət daşıyır

Terrorçu İŞİD qrupu Suriyanın şimal-şərqində bomba qoyulmasının məsuliyyətini üzərinə götürüb.

Suriyanın rəsmi xəbər agentliyi bildirib ki, terrorçu İŞİD qrupu çərşənbə günü gecə Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətindəki kürd sakinli Qamışlı məntəqəsində yerləşən iki restoranda bomba qoyulmasının məsuliyyətini üzərinə götürüb.

Deyilənlərə görə, bombalar dövlət qüvvələrinin bir yoxlama-buraxılış məntəqəsinin yaxınlığında partlayıb. Nəticədə 16 nəfər həlak olub, 35 nəfər də yaralanıbdır. Həlak olanlardan 13 nəfəri xristian olubdur.