Yan 07, 2016 20:17 Asia/Baku
  • Türkiyə Milli Təhlükəsizlik Təşkilatının İŞİD-lə əməkdaşlıq sənədləri ifşa olunub
    Türkiyə Milli Təhlükəsizlik Təşkilatının İŞİD-lə əməkdaşlıq sənədləri ifşa olunub

Türkiyə Təhlükəsizlik Təşkilatının təkfirçi-sionist İŞİD terror qruplaşmasına dəstəkləri ilə bağlı önəmli sənədlər ifşa olunub.

Səhər Beynəlxalq Televiziyasının Yaxın Şərq Panorama internet portalına istinadla verdiyi məlumata görə, Suriyanın təhlükəsizlik təşkilatları yenilərdə bir sıra sənədləri ifşa ediblər. Sənədlərə əsasən Türkiyənin Təhlükəsizlik Təşkilatı İŞİD-ə təhlükəsizlik dəstəyi edir və Suriya ərazisində öz muzdlu ünsürləri vasitəsi ilə məlumatlar toplayır.

Bu mənbə ifşa olunan sənədlərin Türkiyənin Qaziantep şəhərində Təhlükəsizlik Təşkilatına bağlı olduğunu bildirərək əlavə edib: Abdulla Hüseyn əl-Seyyid adlı suriyalı şəxs muzdluların şəbəkəsinin rəhbəridir və Suriyanın bir çox bölgəsində, o cümlədən Baqilə, əl-Səfa, Babul-Hədiddə yüzdən çox şəxs vasitəsiilə məlumatları Türkiyə Milli Təhlükəsizlik Təşkilatı üçün toplayır. Bu şəbəkə həmçinin İŞİD yaralılarını müalicə üçün Türkiyəyə aparır.

Bu sənəddə həmçinin bildirilir: Ankaradakı terror aktını törətdən Dokumacılar batalyonu ünsürləri Həsən əl-Seyyid və MİT-in nəzarəti altındadır və iki ölkə arasında sərbəst şəkildə hərəkət edirlər.

Teqlər