Yan 11, 2016 12:45 Asia/Baku
  • İsrail polisi fələstinli şəhidin cəsədini təhvil verməkdən imtina edir
    İsrail polisi fələstinli şəhidin cəsədini təhvil verməkdən imtina edir

İşğalçı İsrail rejiminin polisi bir fələstinli şəhidin cənazəsini öz ailəsinə təhvil verməkdən çəkinib.

Səhər Beynəlxalq Televiziyasının Fələstin əl-An xəbər portalına istinadla verdiyi məlumata görə, İsrail rejimi polisi ötən gecə Təl-Əviv əməliyyatının icraçısı Nəşət Məlhəmin cənazəsini təhvil verməkdən imtina edib və onun təhvil verilməsi üçün şərtlər tətbiq edib.

Şəhidin cənazəsinin ailəsinə təhvil verilməsi üzrə rejim polisinin şərtlərindən biri bu şəhidin doğulduğu məkanda Vadi Arədə dəfn mərasimində 40 nəfərdən çox şəxsin iştirak etməməsi olub.

Son üç ay ərzində 150-dən çox fələstinli, o cümlədən 27 uşaq və 7 qadın şəhid olub. İsrail rejimi indiyə qədər onlardan 24-nün cənazəsini ailələrinə təhvil verməyib.

Teqlər