Livan Ərəb Liqasının bəyanatına reaksiya verdi
Livan Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin iclasının yekun bəyanatına qarşı çıxıb.
Səhər Beynəlxalq Televiziyasının Livanın Milli İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Livan xarici işlər naziri Cəbran Basil bazar günü bildirib: Bu ölkə Ərəb Liqası xarici işlər nazirlərinin fövqəladə iclasının bəyanatına qarşı çıxıb. Çünki bu bəyanatın bir bəndində Hizbullah terror hərəkətləri ilə əlaqələndirilir.
Cəbran Basil həmçinin Ərəbistanın İranda diplomatik heyətlərinə hücumların pislənilməsi barədə yekun bəyanata qarşı çıxıb.
Ərəb Liqası Ərəbistanın müraciəti əsasında keçirdiyi fövqəladə iclasda səudiyyəlilərin regionun məzlum xalqları, o cümlədən Yəmən və Suriyaya qarşı hərəkətləri və bu ölkə vətəndaşlarını ədalətsiz şəkildə edam etməsi ilə əlaqədar cinayətlərini pisləmədən İran İslam Respublikasını ərəb ölkələrinin daxili məsələlərində müdaxilə etməkdə suçlayıb.