İraqın Kürdüstan məntəqəsində aksiya
-
İraqın Kürdüstan məntəqəsində aksiya
Bir qrup İraq vətəndaşı ağır məişət və iqtisadi duruma etiraz olaraq, İraqın Kürdüstan məntəqəsindəki Süleymaniyyə vilayətində aksiya keçirib.
Daxil olan məlumata görə, İraqın şimalındakı Süleymaniyyə vilayətində yerləşən "Seyid Sadiq" şəhərinin sakinlərindən bir qrupu çərşənbə günü bu ölkənin Kürdüstan məntəqəsində qarışıq iqtisadi və məişət durumuna, həmçinin xidmət çatışmazlaqlarına etiraz olaraq, aksiya keçirib.
Aksiyaçılar Seyid Sadiq şəhərinin icra hakimiyyətinin binası qarşısına toplaşdıqdan sonra İslami Birlik, İslami Camaat və xüsusən Kürdüstan Demokrat Partiyasının ofislərini daşa basıblar. Onlar sonra Demokrat Partiyasının ofisini yandırıblar.
Həmçinin iraqlı aksiyaçılar Seyid Sadiq-Süleymaniyyə əlaqə yolunu bağlayıblar.
Bu, neçənci dəfədir ki, İraq Kürdüstanı Demokrat Partiyasının ofisi aksiyaçılar tərəfindən yandırılır, zira onlar bu partiyanı İraq Kürdüstanı məntəqəsində problemlərin yaranması üzrə və hazırkı durumda əsas məsuliyyət daşıyan amil bilirlər.
İraq Kürdüstanı məntəqəsinin şəhərlərində ötən aylarda baş vermiş aksiyalarda da Demokrat Partiyasının ofisini yandırılmış və Qələ Dizə şəhərində bir qrup insan ölüb və yaralanmışdı.
İraq Kürdüstanı məntəqəsində gərginlik və küçə etirazları bu məntəqədəki partiyalar arasındakı ixtilaflardan irəli gələn siyasi böhran və iqtisadi problemlərin ardınca başlanıb və narazı xalq mövcud vəziyyətə etiraz üçün aksiya keçirir.