Suriya ordusunun terrorçulara qarşı əməliyyatları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i205375-suriya_ordusunun_terrorçulara_qarşı_əməliyyatları_davam_edir
Suriya ordusu bir əməliyyatda Hələb vilayətinin şərqində şəhər hüdudlarına daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2016 15:35 Asia/Baku
  • Suriya ordusunun terrorçulara qarşı əməliyyatları davam edir
    Suriya ordusunun terrorçulara qarşı əməliyyatları davam edir

Suriya ordusu bir əməliyyatda Hələb vilayətinin şərqində şəhər hüdudlarına daxil olub.

Ara Nyus saytının məlumatına görə, Suriya ordusu Hələb vilayətində Qətər və Təl-Əlhətabat kəndlərinə yiyələndikdən sonra bazar günü strateji Əlbab şəhərinin hüdudlarına daxil olub.

Suriyanın ordu qüvvələri Kuyrəs hərbi hava limanından İŞİD-in Əlbab məntəqəsindəki mövqelərini hədəfə alıbdır.

Suriyanın ordu qüvvələri bir neçə mehvərdə Hələb vilayətində irəliləməkdədir.

Rusiya qırıcıları da Hələb vilayətində Bəzaə və Qəba Sin qəsəbələrinə qarşı hücumlaını davam etdirirlər.

Suriyanın ordu qüvvələri həmçinin Laziqiyyə vilayətinin Rəbiə strateji şəhərini azad edib və Laziqiyyənin şimal ətrafındakı Əlrəbiə və Əlruzə kəndlərinin nəzarətini tam şəkildə ələ alıbdır.

Rəbiə iki həftədən az bir müddətdə Suriyanın ordu qüvvələri tərəfindən azad edilibdir.