Fev 23, 2016 08:34 Asia/Baku
  • Suriyada 65 terrorçu öldürülüb
    Suriyada 65 terrorçu öldürülüb

Suriya ordusu son qələbələrinin davamında 65 terrorçunu öldürüb və onlara aid olan silah və sursat saxlanılan 40 metrlik bir tuneli məhv edib.

IRNA-nın Suriyanın SANA rəsmi xəbər agentliyinə istinadlı məlumatına görə, Suriya ordusunun bölmələri Laziqiyyənin şimal ətrafnda yerləşən Əlqamu və Əlkəfərsənd dağlarını, eləcə də Kərum Xəsat kəndini tam şəkildə ələ keçiriblər.

Bu əməliyyat Diryrəlzur-da İŞİD terror qrupuna aid olan bir tunelin, həmçinin Hələb şəhəri ətrafında Əsəriyya Xənasir istiqamətində onlara aid 14 avtomobilin məhv edilməsilə nəticələnib. Terrorçulardan 65 nəfər də Həmah və Hums ətrafında öldürülübdür

Suriya ordusunun hava qüvvələri də Cibhətunnusrə-nin iki qərargahı, İŞİD-in də bir neçə avtomobilini məhv ediblər.

Suriya ordusunun qırıcıları habelə İŞİD terrorçularının şərqdə yerləşən Əlqəritin şəhərinin ətrafındakı Əltəlul Əlsud məntəqəsində yerləşən mövqelərini, həmçinin Tədəmmur şəhərinin ətrafındakı İŞİD istehkamları və mövqelərini bombalayıblar.

Suriya təqribən beş ildir ki, Qərb və regionda Amerika ilə müttəfiq olan ölkələr tərəfindən dəstəklənən İŞİD kimi silahlı terror qruplarının iştiraklıarına görə, böhrana düçar olubdur.

Teqlər