Ali-Xəlifə hərbçiləri cümə namazının keçirilməsinə mane olublar
Ali-Xəlifə rejiminin hərbçiləri Əldiraz məntəqəsində cümə namazının keçirilməsinə mane olublar.
Səutul-Mənamə-nin məlumatına görə, Ali-Xəlifə rejiminin hərbçiləri özlərinin repressiya siyasətlərinin davamında cümə namazının qılınmasına mane olmaq məqsədilə Əlvifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın doğulduğu Əldiraz məntəqəsinə çıxan bütün yolları bağlayıblar.
Belə bir halda, son vaxtlar da Əldiraz məntəqəsinin imamcüməsi Əllamə Muhəmməd Sənqur dövlətin siyasətlərini tənqid etdiyinə görə, Ali-Xəlifə rejimi tərəfindən çağırılmışdı.
Ali-Xəlifə rejimi daim öz müxaliflərini puç bəhanələrlə həbs edir.
Bəhreyn 2011-ci ildən bəri xalqın Ali-Xəlifə rejiminin siyasətlərinə qarşı etiraz səhnəsi olub və bəhreynli hərbçilər daim xalqı yatırtmaq, həbs və qırğın etməyi öz iş gündəmində qərar veribdir.