Fələstin Muxtariyyəti fələstinili azadənin terrorunda MOSSAD ilə həmkarlıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i209152-fələstin_muxtariyyəti_fələstinili_azadənin_terrorunda_mossad_ilə_həmkarlıq_edib
Bolqarıstanda terror edilmiş fələstinli azadə Ömər Əl-Naifin ailəsi Fələstin Muxtariyyətini onun terroru üçün MOSSAD ilə həmkarlıqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2016 13:24 Asia/Baku
  • Fələstin Muxtariyyəti fələstinili azadənin terrorunda MOSSAD ilə həmkarlıq edib
    Fələstin Muxtariyyəti fələstinili azadənin terrorunda MOSSAD ilə həmkarlıq edib

Bolqarıstanda terror edilmiş fələstinli azadə Ömər Əl-Naifin ailəsi Fələstin Muxtariyyətini onun terroru üçün MOSSAD ilə həmkarlıqda ittiham edib.

Ələqsa telekanalının məlumatına görə, Fələstinin Bolqarıstandakı səfirliyinin içində terror olunmuş Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş məsul şəxslərindən olan fələstinli azadə Ömər Əl-Naifin ailəsi bildirib ki, Fələstin Muxtariyyətinin Xarici İşlər Nazirliyi və onun Bolqarıstandakı səfirliyi Əl-Naifin terror olunması üçün MOSSAD-a kömək ediblər.

Əl-Naifin ailəsi vurğulayıb: Fələstin Muxtariyyətinin Bolqarıstandakı səfirliyi Əl-Naifin təhlükəsizliyinin təminində səhlənkarlıq edib və Fələstin səfiri ondan istəmişdi ki, səfirliyi tərk etsin.

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi cümə günü bildirmişdi ki, Fələstinin Bolqarıstandakı səfirliyinə sığınmış fələstinili azadə Ömər Əl-Naif naməlum silahlı şəxslər tərəfindən öldürülübdür.

Bundan öncə sionist rejim Bolqarıstandan əsirlikdən azad edilmiş Ömər Əl-Naifin təhvl verilməsini istəmişdi.