Ali Rəhbər Ayətullah Şübeyri Zəncaninin vəfatı ilə bağlı başsağlığı verib
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Həzrət Ayətullahül-üzma Şübeyri Zəncaninin vəfatı ilə bağlı başsağlığı müraciəti ünvanlayaraq, mərhumu "yüksək məqamlı fəqih və şiə məzhəbənin birinci dərəcəli tədqiqatçı" kimi səciyyələndirib.
Aliməqam Rəhbərin başsağlığı müraciətində qeyd olunub:Böyük ustad və yüksək məqamlı fəqih, Həzrət Ayətullahül-üzma Şübeyrinin (Uca Allah ondan razı olsun) vəfatı xəbərini dərin təəssüf hissi ilə aldıq. Bu hörmətli alim uşaqlıq illəri istisna olmaqla bütün şərəfli ömrünü elm öyrənməyə, tədrisə və tədqiqata həsr etmişdir. O, həmyaşıdları, dövrünün alimləri və müəllimləri tərəfindən daim dərin düşüncəli və araşdırmaçı bir alim kimi tanınıb.Onun şəri hökmlərin çıxarılması ilə bağlı müxtəlif elmlərə və üsullara hakimiyyəti həmin məsələlərin incəliklərinə və dəqiq məqamlara xüsusi diqqətlə müşayiət olunurdu.O böyük alimin dərs məclisləri, hətta iştirakçıların sayı bir neçə nəfəri keçmədiyi vaxtlarda belə, araşdırma və dərin təhlil məclisləri kimi tanınırdı və həqiqətən də belə idi.”