Mart 06, 2016 16:53 Asia/Baku
  • İŞİD-in “paytaxtı” Riqqə şəhərinin əhalisi terrorçulara qarşı üsyana qalxıb
    İŞİD-in “paytaxtı” Riqqə şəhərinin əhalisi terrorçulara qarşı üsyana qalxıb

İŞİD terror təşkilatının özünün paytaxtı elan etdiyi Suriyanın Riqqə şəhərinin əhalisi üsyana qalxıb. Şəhər əhalisi terrorçulara qarşı çıxaraq bir neçə məhəllədə Suriyanın dövlət bayrağını qaldırıb.

“Sputnik” şahidlərə istinadən xəbər verir ki, Riqqənin 5 məhəlləsində binaların üstündə Suriyanın dövlət bayrağı qaldırılıb.

Bundan sonra əhali iki məhəllədə Suriya ordusuna dəstək şüarları ilə kütləvi mitinqə çıxıb.

Mitinq başlayandan sonra nümayişçilərlə İŞİD terrorçuları arasında amansız döyüş başlayıb. Nəticədə Riqqə sakinlərinin xeyli sayda terrorçunu məhv etdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, martın 5-də şəhərin küçələrində terrorçuların öz arasında güclü atışma baş verib. Terrorçuların əsas qüvvələri 100-dək fərarinin qaçmasının qarşısını almaq üçün şəhərdən çıxışı bağlayıb.

Hazırda Suriya hökumət ordusu kürd silahlıları ilə eyni vaxtda müxtəlif istiqamətlərdən Riqqə şəhəri üzərinə hücumlar təşkil edir.

Teqlər