İŞİD İraqın Rütbə şəhərindən geri çəkildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i210982-İŞİd_İraqın_rütbə_şəhərindən_geri_çəkildi
İŞİD terrorçuları bu gün İraqın qərbində yerləşən Rütbə şəhərindən geri çəkilməyə məcbur olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2016 14:50 Asia/Baku
  • İŞİD İraqın Rütbə şəhərindən geri çəkildi
    İŞİD İraqın Rütbə şəhərindən geri çəkildi

İŞİD terrorçuları bu gün İraqın qərbində yerləşən Rütbə şəhərindən geri çəkilməyə məcbur olublar.

Rütbə şəhərinin icra başçısı İmad Əhməd təhlükəsizlik qüvvələrindən bu məntəqəni tamamilə İŞİD terrorçularından geri almalarını istəyib.

O, Süməriyə Nyus informasiya agentliyi ilə müsahibədə deyib: İŞİD terrorçuları bu gün Rütbə şəhərindən geri çəkildikdən sonra, Rəmadinin qərbində yerləşən Qaim şəhərinə gediblər.

Rütbə şəhəri İŞİD-in nəzarəti altında olduğu zaman, bu şəhərin kişiləri əfqan paltarı geyinməyə məcbur edilirdilər.