İraqın Taza şəhərciyində yaralıların sayı 800 nəfərə çatıb
-
İraqın Taza şəhərciyində yaralıların sayı 800 nəfərə çatıb
İŞİD terror qrupunun Kərkük vilayətindəki Taza məntəqəsinə qarşı kimyəvi hücumunda yaralananların sayı 800 nəfərə çatıb.
Əlməyadin telekanalının məlumatına görə, İŞİD terror qrupunun Kərkük vilayətinin Taza məntəqəsinə qarşı kimyəvi hücumunda tələfat daha çox uşaqlara və yaşlılara şamil olubdur və bu təbəqə həmin hücumlar nəticəsində daha artıq problemlərlə üzləşibdir.
Kərkük komandanlığı mülkilərdən istəyibdir ki, kimyəvi hücumlara məruz qalmış məntəqələrdən uzaqlaşsınlar.
İraqın xalq səfərbər qüvvələri bu məntəqəni öz mühasirələrinə alıblar. Onlar geniş surətdə İŞİD-in bu məntəqədəki mövqelərini hədəfə alırlar.
İraqın baş naziri Heydər Əlibadinin bu ölkənin hava qüvvələrinə verdiyi fərmanın ardınca iraqlı qırıcılar İŞİD-in bu məntəqədəki raket sistemlərindən bir neçəsini məhv ediblər və bu hücumlarda İŞİD üzvlərindən iyirmi nəfər öldürülübdür.
Bir qrup alman və amerikan ekspert Kərkükə daxil olubdur ki, bu kimyəvi qazın növü və onun məntəqə əhalisinə təsirlərini araşdırsın.
Bir iraqlı təhlükəsizlik mənbəyi bildirib ki, İŞİD çərşənbə axşamı günü Kərkükün cənubundakı Taza məntəqəsini 55 katyuşa raketi ilə hədəfə alıbdır ki, bu raketlər zəhərli xardal qazına malik imiş.