Mart 20, 2016 13:17 Asia/Baku
  • İraqlı qırıcıların İŞİD-in mövqelərinə qarşı hücumları
    İraqlı qırıcıların İŞİD-in mövqelərinə qarşı hücumları

İraqın hava qüvvələrinin qırıcıları bu ölkənin şimalında İŞİD-in mövqelərini hədəfə alıblar.

Əlaləm telekanalının məlumatına görə, İraq ordusunun qırıcıları İŞİD terror qrupunun Kərkükün cənubundakı Əlhuvəycə şəhərində yerləşən mövqelərini bombalayıblar ki, nəticədə İŞİD başçılarından on beş nəfər ölüb, onlarla nəfər də yaralanıbdır.

Həmçijnin şənbə günü İraq ordusunun Niynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin şərqindəki Əltəmami məhəlləsinə qarşı hava hücumunda İŞİD başçılarından biri öldürülübdür.

Digər tərəfdən, İraqın terrorizmlə mübarizə qüvvələri Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərinin şərqindəki Əlxalidiyyə adasının Əlbuəbid məntəqəsini azad edib və İraq bayrağını onun binaları üzərində dalğalandırıblar.

Belə bir halda, Ələnbar vilayətinin şura sədri Səbah Kərhut şənbə günü Ərrəmadinin şimalında yerləşən Hit şəhərinin cənubundakı Kəbisə məntəqəsinin İŞİD-in işğalından azad edilməsindən xəbər verib.

İraq ordusunun Ərrəmadinin şimal və şərq məntəqələrinin terrorçuların işğalından çıxarılması üzrə geniş əməliyyatı Ələnbar vilayətinin sünni qəbilələrinin könüllü qüvvələrinin dəstəyilə şənbə günü səhərdən başlanıbdır.

Teqlər