İraq ordusu və müqavimət qüvvələri 15 kəndi azad ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i212791-İraq_ordusu_və_müqavimət_qüvvələri_15_kəndi_azad_ediblər
İraq ordusu Mosulun azad edilməsi əməliyyatı çərçivəsində indiyə kimi şəhərin cənub hissəsində yerləşən 15 kəndə nəzarəti təmin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2016 08:55 Asia/Baku
  • İraq ordusu və müqavimət qüvvələri 15 kəndi azad ediblər
    İraq ordusu və müqavimət qüvvələri 15 kəndi azad ediblər

İraq ordusu Mosulun azad edilməsi əməliyyatı çərçivəsində indiyə kimi şəhərin cənub hissəsində yerləşən 15 kəndə nəzarəti təmin edib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, İraq ordusu və xalq müqavimət qüvvələri Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının davamında, şəhərin cənubunda yerləşən 15 şəhəri terrorçulardan təmizləyib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, İraq ordusu Mosul şəhərinin azad edilməsi əməliyyatını davam etdirirlər.

Neynəva polisinin rəisi ordu generalı Bəhaül-İzavi deyib: Biz ötən 2-3 gün ərzində Mosul şəhərinə doğru irəliləyərək, Mosula gedən yolun üzərində yerləşən bir çox kəndi terrorçulardan azad etmişik.

Bir iraqlı hərbçi də deyib: İŞİD-in məhvi qaçılmazdır və bizim məqsədimiz də elə budur.