Apr 01, 2016 09:19 Asia/Baku
  • Suriyada daha bir qrup terrorçu öldürülüb
    Suriyada daha bir qrup terrorçu öldürülüb

Suriyada onlarla İŞİD terrorçusu öldürülüb.

Suriyanın rəsmi xəbər agentliyinin məlumatına görə, bu ölkənin ordusu və xalq qüvvələri cümə axşamı günü axşam çağı ölkənin şərqində yerləşən Diyrəlzur vilayətində otuz İŞİD terrorçusunu öldürə biliblər.

Suriya ordusunun bölmələri həmçinin ölkənin şimal-qərbində yerləşən Həmah şəhərinin şərq ətrafındaki Səlmiyyə məntəqəsində terrorçuların ordunun qərargahlarına qarşı hücumunu dəf edərək, onların hərbi sursat daşıyan üç avtomobilini məhv ediblər.

Bu hücumlar nəticəsində bir qrup terrorçu öldürülüb.

Suriyadan daxil olan digər bir xəbərə görə, ölkənin qərbindəki Hums şəhərində iki bombanın partlaması nəticəsində altı nəfər yaralanıb. Bombalardan biri bir məktəbin qarşısında partlayıb. Yaralıların vəziyyəti ağır elan olunub.

Suriyanın bəzi məntəqələrinin terrorçuların işğalından çıxarılması ilə terror qrupları bu ölkədə təxribat əməliyyatlarını artırıblar.

Belə bir halda, Suriyanın müxtəlif məntəqələrinin sakinlərinə yardım çatdırma əməliyyatı davam edir.

Cümə axşamı günü Suriya dövlətinin humanitar yardımlarını daşıyan bir neçə yük maşını bu ölkənin şimal-qərbində yerləşən Laziqiyyə şəhərinin şimalında, dörd ton qida maddəsi də ölkənin şimalındakı Hələb şəhərinin ətrafında yerləşən məntəqələrin sakinləri üçün göndərilibdir.

Teqlər