Apr 01, 2016 19:14 Asia/Baku
  • İraqın Niynəva vilayətində onlarla İŞİD qüvvəsi öldürülüb
    İraqın Niynəva vilayətində onlarla İŞİD qüvvəsi öldürülüb

İraqlı qaynaqlar Niynəva vilayətində İŞİD üzvlərindən 69 nəfərin öldürülməsindən xəbər veriblər.

Daxil olan məlumata görə, İraqın Kəşfiyyat-Təhlükəsizlik Təşkilatı bildirib k, bu ölkənin hava qüvvələri Niynəva vilayətindəki Əlqəzlani məntəqəsinə hücum edərək, İŞİD təkfirçi-terrorçu qrupunun iyirmi üzvünü öldürüb və onların bir silah və sursat anbarını məhv ediblər.

Həmçinin iraqlı qırıcıların İŞİD-in Niynəva vilayətinin mərkəzi olan Mosul şəhərindəki Həmam Ələlil məntəqəsində yerləşən mövqelərinə qarşı hücumları 49 İŞİD-çinin ölümü ilə nəticələnib.

Deyilənlərə görə, bu hücumlarda İŞİD komandirlərindən olan Nasir Həmadi Hiza və Yunis Həmadi Hiza öldürülüblər.

Digər bir xəbərə görə, iraqlı qüvvələr Mosulun cənub-şərqində yerləşən Əlnəsr kəndini azad ediblər.

Hazırda yalnız Məxmur məntəqəsindəki dörd kənd İŞİD terrorçularının nəzarəti altındadır.

Niynəva vilayətinin İŞİD terror qrupunun işğalından azad edilməsi əməlyyatı "Əlfəth" adı altında martın 23-də İraqın ordusu və müxtəlif xalq qruplarının iştirakı ilə başlanıbdır.

Teqlər