Apr 03, 2016 10:22 Asia/Baku
  • Deyruz-Zurda onlarla İŞİD-çi öldürüldü
    Deyruz-Zurda onlarla İŞİD-çi öldürüldü

Suriyanın Deyruz-Zur vilayətində 40-dan çox İŞİD terrorçusu öldürülüb.

Suriyanın rəsmi informasiya agentliyi SANA-nın məlumatına görə, Suriya ordusu Hərbi Hava Qüvvələri şənbə günü Deyruz-Zurun şərq ətrafında İŞİD terrorçularının gizli məkanını bombalayıb. Nəticədə 40-dan İŞİD terrorçusu öldürülüb.

Məlumata görə, bu hücumlarda terrorçuların onlarla hərbi texnikası məhv edilib. Suriya qırıcıları İŞİD terrorçularının Riqqə şəhərinin qərbində əl-Təbəqə hava limanındakı məkanını bombalayıblar.

Suriyanın şimalında yerləşən Riqqə İŞİD terror qruplaşmasının bu ölkədəki əsas bazasıdır.

Suriya xalq qüvvələrinin Deyruz-Zur vilayətinin Möhsün şəhərində İŞİD terrorçuları ilə toqquşmasında azı 30 terrorçu məhv edilib.

Homs vilayətində tarixi Palmira şəhərinin terrorçulardan azad olunmasından sorna Suriya ordusu və xalq qüvvələri daha da ruhlanıblar.

Suriya ordusu və müqavimət qüvvələri 2016-cı il 27 martda bir neçə gün toqquşmadan sonra Palmira şəhərini İŞİD terror qruplaşmasının işğalından tam azad edə bildilər. Palmira 2015-ci il may ayında İŞİD terror qruplaşması tərəfindən işğal olunmuşdu.

Teqlər