Apr 03, 2016 13:27 Asia/Baku
  • Hit şəhərində yüzlərlə nəfər İŞİD-in əsirliyindən azad olundu
    Hit şəhərində yüzlərlə nəfər İŞİD-in əsirliyindən azad olundu

İraqın Hit şəhərində İŞİD terror qruplaşmasının əsirliyində olan yüzlərlə nəfər azad olunub.

Sky Newsun məlumatına görə, İraq qüvvələri əl-Anbar vilayətinin Hİt şəhərinin azad olunması əməliyyatı zamanı İŞİD terror qruplaşmasının əsirliyində olan 1500 sivili azad ediblər.

Bu arada əl-Anbar vilayətində qarşıdurmaların güclənməsi ilə, İraq parlamenti bu vilayəti müharibə bölgəsi elan edib. İraqın Sədr Qrupunun rəhbəri Muqtəda Sədr əl-Salam batalyonlarından əl-Anbar vilayəti sakinlərinə yardım etməyə başlamalarını istəyib.

İŞİD-in cinayətlərinə görə əl-Anbar vilayətinin bəzi şəhərlərində vəziyyət acınacaqlı elan olunub.

İraq qüvvələri yenilərdə əl-Anbar vilayətinin mərkəzi olan Ər-Rəmadi şəhəri və bu vilayətin bəzi şərq bölgələrini İŞİD-in işğalından azad ediblər.

Teqlər