İraq qüvvələri Hit şəhərinin əl-Bəsair bölgəsini azad etdilər
Apr 05, 2016 10:23 Asia/Baku
-
İraq qüvvələri Hit şəhərinin əl-Bəsair bölgəsini azad etdilər
İraq qüvvələri Hit şəhərinin əl-Bəsair bölgəsini terrorçuların işğalından azad ediblər.
Əl-Məyadinin məlumatına görə, İraqda terrorizmlə mübarizə qüvvələri bazar günü bildirib ki, əl-Anbar vilayətinin qərbində yerləşən Hit şəhərinin əl-Bəsair bölgəsi azad olunub.
Digər tərəfdən İraq qüvvələri bu gün Hit şəhərinin şimal hissəsini nəzarətə götürüblər.
İŞİD terror qruplaşması Hitin əsas yollarına minalar döşəməklə, dəfələrlə terrorizmlə mübarizə qüvvələrinin əməliyyatının dayanmasına səbəb olublar. Bu terror qruplaşması mühasirədə saxladığı bölgələrin bu vəziyyətdə qalmasını istəyir.