Apr 10, 2016 08:27 Asia/Baku
  • Qəzzə zolağında elektrik böhranı şiddətlənib
    Qəzzə zolağında elektrik böhranı şiddətlənib

Qəzzə zolağında yeganə elektrik stansiyasının fəaliyyətinə lazım olan yanacağın olmaması bu məntəqədə elektrik böhranının kəskinləşməsinə bais olub.

Fələstin informasiya mərkəzinin məlumatına görə, Qəzzədə Fələstin Enerji Təşkilatı şənbə günü bir bəyanatda bildirib ki, Fəlsətin Maliyyə Nazirliyi tərəfindən Qəzzə elektrik stansiyasına lazım olan yanacaq üzərində xas verginin tətbiq olunmasının davam etməsi və Elektrik Paylama Şirkətinin milli mənbələrinin tükənməsindən irəli gələn şəraitdə ona lazım olan yanacağın çatmaması səbəb olubdur ki, bu məntəqənin yeganə elektrik stansiyası tam şəkildə fəaliyyət göstərməsin.

Qəzzədə Fələstin Enerji Təşkilatı Fələstin milli barışıq dövlətinin baş naziri Rami Həmdullahı və onun maliyyə nazirliyini Qəzzədə elektrik böhranında məsuliyyət daşıyan tərəflər adlandırıb və bildirb ki, onların, onun Qəzzə elektrik stansiyasının bağlanması haqda bir ay bundan öncə etdiyi xəbərdarlığa məhəl qoymamaları bu məntəqə sakinlərinin işıqlarının kəsilməsinə bais olubdur.

Misirdən Qəzzə zolağınadək elektrik ötürmə xətlərinin bağlanması bu məntəqənin mühasirəyə alınmış sakinlərini bir çox problemlərlə üz-üzə qoyubdur və bəzi məntəqələrdə işığın kəsilməsi hətta dalbadal on altı saata da çatır.

Qəzzə zolağında elektrik böhranının ardınca hər ailə sutka ərzində təkcə səkkiz saat işıqdan bəhrələnir və bu məntəqədəki yeganə elektrik stansiyasının bağlanması təqdirində elektrik cərəyanının qoşulması saatları altı və ya dörd saatadək azalacaqdır.

Teqlər