İŞİD tarixi əsərləri dağıdır
-
İŞİD tarixi əsərləri dağıdır
İŞİD terrorçuları İraqın Neynəva vilayətindəki tarixi divarı və qədim şəhər darvazasını dağıdıblar.
Əl-Aləm kanalının verdiyi məlumata görə, yerli bir mənbə bildirib ki, İŞİD terrorçuları cümə axşamı Neynəvanın şərqində, Politexnik Universitetinin yaxınlığında yerləşən tarixi "Əddə" darvazasını buldozerlərdən istifadə edərək, dağıdıblar.
Bu mənbə İraqın Süməriyə Nyus informasiya portalına verdiyi məlumatda həmçinin deyib: İŞİD ötən günlər ərzində tarixi son dərəcə qədim zamanlara uzanan bir sıra qədim binanı dağıdıb və qiymətli antik əşyaları Neynəvadan Suriyaya köçürüb.
Neynəvada olan yerli bir mənbə də deyib: İŞİD terrorçuları Neynəvanın mərkəzində yerləşən "Assuriya Darvazası"nı da dağıdıblar.
İŞİD terrorçuları İraq və Suriyada dəhşətli cinayətlər törətməklə yanaşı, İraq və Suriya muzeylərində olan qiymətli tarixi əsərləri qarət və məhv edirlər.