May 13, 2016 10:53 Asia/Baku
  • Nəsrullah: İki sionist və təkfirçi fəlakəti Qərb planlarıdır
    Nəsrullah: İki sionist və təkfirçi fəlakəti Qərb planlarıdır

Livan Hizbullahının baş katibi deyib: Regionun əzab çəkdiyi iki sionist və təkfirçi fəlakəti müqavimət mehvərini məhv etmək və regionda dəyişiklik yaratmaq üzrə ingilis-amerikan planlarıdır.

IRNA-nın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə axşamı günü axşam çağı Həzrət Abbas(ə)-ın mövlud gününün ildönümü ilə bir vaxtda və müharibə əlili günü münasibətilə vurğulayıb ki, İŞİD bütün cəbhələrdə məğlub olub və bu üzdən, İraq, Livan və Suriyada günahsız və adi əhalini hədəfə alır.

Region hadisələrinə toxunan Livan Hizbullahının baş katibi İngiltərənin planı və himayəsilə Fələstin ərazisində saxta sionist rejimin təsisi kim böyük fəlakət gününü xatırladaraq, qeyd edib ki, bu fəlakətin nəticələri hələ də ərəb və müsəlman ümməti incidir və onun təhlükəsizliyi, sabitliyi və gələcəyini hədələyir.

Seyid Həsən Nəsrullah deyib: İngiltərənin Fələstin ərazisində saxta sionist rejimin təsisi kimi böyük fəlakətin amili olduğu kimi, bu gün də Amerika və onun regional müttəfiqləri bizim regionumuzda terror qruplarını yaradıblar ki, müqavimətin yerdə qalan əhval-ruhiyyəsini məhv etmiş olsunlar.

Livan Hizbullahının baş katibi söyləyib: Amerika, sionist rejim və Qərb bu gün regionda elə bir problemlə üzləşirlər ki, onun adı, yeni düşmən, yəni təkfirçi terrorizmlə mübarizə tərzini bilən Yəmən və İraqda müqavimətin formalaşması, ümmətin oaynışı, Livan və Fələstində müqavimət hərəkatları, İran İslam Respublikası və Suriya Ərəb Respublikasından ibarət müqavimət mehvəridir.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah "Onlar İŞİD-dən istifadə ilə təkcə Hizbullarhı aradan götürmək istəmirlər; onların hədəfi, İranla savaş, İraq və Suriyada dəyişiklik yaratmaqdır" deyərək, əlavə eidb: Onlar Livanda da təkfirçi terrorçuları Suriya sərhədləri yaxınlığındakı Ərsal qəsəbəsindən Aralıq dənizi sahillərinə çatdırmaq istəyirlər, amma müqavimətin sayıqlığı ilə bu fitnələr zərərsizləşdiriləcəkdir.

Livan Hizbullahının baş katibi çıxışının davamında Livanın daxili məsələlərinə toxunub və Beyrutun cənubundakı Zahiyyə məntəqəsinin və digər məntəqələrin əhalisini qarşıdakı bazar günü Livanın Cəbəl vilayətində keçiriləcək şəhər şuraları seçkilərinin ikinci mərhələsində fəalcasına iştiraka, eləcə də Hizbullah, Əməl hərəkatı və Milli Azadlıq Cərəyanı Partiyasının "Vəfadarlıq, inkişaf və islah" adı altında olan birgə siyahısını himayə etməyə çağırıb.

Livan Hizbullahının baş katibi vurğulayıb: Biz öz müttəfiqlərimizə siyasi və əxlaqi cəhətdən iltizamlıyıq, amma onların müttəfiqi olan kəslərlə iltizamlı deyilik, zira Hizbullah öz siyasi düşmənləri və bizə pislik etmiş və bizim hüquqlarımıza təcavüz etmiş kəslərlə koalisiya yaratmır.

Seyid Həsən Nəsrullah çıxışının son hissəsində qəhrəman komandan Həzrət Əbulfəzl Abbas(ə)-ın mövludunun ildönümü günündə islami müqavimətin müharibə əlillərinə hörmət və təşəkkür ifadə edərək, deyib ki, Həzrət Əbulfəzl Abbas(ə) bayraqdar müharibə əlili, öz imamının mütisi və mübariz bir şəxs olubdur ki, şəhadətə çatma və həyatın son anınadək öz hədəflərindən əl çəkmədi.

Teqlər