İyun 13, 2016 12:13 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti bildirib: PKK üzvləri ilə mübarizə qətiyyətli şəkildə davam edəcək.

İRNA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan bazar günü Türkiyənin özəl sənaye sahibləri və iş adamları birliyinin iftar ziyafətində deyib: Terrorizmlə mübarizə tam təhlükəsizlik və dinclik bərqərar olduğu zamana qədər davam edəcək.

Türkiyə prezidenti həmçinin müxaliflərini tənqid edərək deyib: Son hadisələrdən dərs almayan şəxslər Türkiyə ictimaiyyətinin müxtəlif kütlələrini təhrik etmək və yeni qarşıdurmalar yaratmaq niyyətindədirlər. Bundan öncə də Türkiyə baş naziri Binəli Yıldırım PKK ilə istənilən danışığın aparılmasını mümkünsüz adlandırmışdı.

Türkiyənin şərq və cənub-şərq bölgələri 2015-ci il iyul ayında Suruçda baş verən partlayışın ardınca Türkiyə hərbçiləri ilə PKK ünsürləri arasında qanlı qarşıdurmaların şahididir. Bu qarşıdurmalar başlandığı zamandan indiyə qədər 500-dən çox Türkiyə hərbçisi və 4 min 900-dən çox PKK-çı həlak olmuşdur.

Teqlər